Gizlidir – Bahtiyar Vahapzade

 

Qışda bahar, baharda qış,
Seldə, suda od gizlidir.
Ağ buludda yamyaşıl ot,
Yaşıl otda süd gizlidir.

Nədir bu dərd, nədir bu qəm?
Gah bilirəm, gah bilmirəm.
Hər sevincdə bir dərd, ələm,
Hər dərddə umud gizlidir.

Vardan-yoxa bu dövrədə,
Küllü gördüm bir zərrədə.
Bir damcıda, bir qətrədə
Bu boyda vücud gizlidir.

Hər görüşdən bir intizar,
Hər sevincdən bir qəm doğar,
Hər sükutda bir haray var,
Harayda sükut gizlidir.

Hər hakimin məhkumu var,
Hər çökənin hücumu var.
Hər cütdə təkin tumu var,
Hər təkdə bir cüt gizlidir.

Gerçəyi var hər yalanın,
Gen yolu var hər dalanın.
Min bütə səcdə qılanın
Qəlbində bir büt gizlidir.

27 Haziran 1993

damcı: damla
haray: ses
cüt: çift
tum: tohum
gen: geniş
dalan: dar
büt: put

Yorum yap

E-posta hesabınız yayımlanmayacak.